"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb

18-06-2019, 09:16           
"iPhone" və "iPad"ı qıran yeni proqram yaradılıb
İsrailin "Cellebrite" şirkəti "iPhone" və "iPad"ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.

"Report" xəbər verir ki, proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb.

Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən "iPhone" və "iPad" qurğularına giriş əldə etməyə imkan verəcək.

Bundan əlavə, indi "Android"lə işləyən qurğular, eləcə də, "Samsung Galaxy" smartfonları da onlar üçün əlçatandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru