Bakıda 37 yaşlı Türkiyə vətəndaşının meyiti aşkarlandı
19-06-2019, 07:22
Bakıda Türkiyə vətəndaşı dünyasını dəyişib.
Hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 65-də baş verib.
Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kılıç Selim mayın 25-də Bakıya gələrək mənzil kirayələyib. “Lokal Pizza” kafesində pizza ustası işləyən Kılıç Selim iyunun 15-də həmin mənzildə qəfildən dünyasını dəyişib.