Qazaxıstanda təyyarə qəzası: ölən və yaralılar var

20-06-2019, 12:53           
Qazaxıstanda təyyarə qəzası: ölən və yaralılar var
Qazaxıstanda “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər yaralanıb. Faciə qurbanının təyyarənin pilotu olduğu deyilir.

Bu barədə “RİA Novosti” ölkənin DİN Fövqəladə hallar komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat verir.

“İyunun 20-si təxminən saat 10 radələrində (Bakı vaxtı ilə 08:00 - red.) Akmolla vilayətinin Selinoqrad rayonunun Rodina kəndindən 10 kilometr aralıda, tarlanın havadan kimyəvi vasitələrlə ziyanvericilərdən təmizlənməsi zamanı “AN-2” təyyarəsi yerə düşüb.

Baş verən hadisə nəticəsində təyyarənin pilotu həyatını itirib, iki ekipaj üzvü müxtəlif dərəcəli bədən və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb”, - deyə N.Nurəhmədov bildirib.

İnsidentin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru