Kəlbəcərdə ermənilər arasında atışma : iki zabit güllələndi

21-06-2019, 09:01           
Kəlbəcərdə ermənilər arasında atışma : iki zabit güllələndi
İşğal edilmiş Kəlbəcərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində əsgər və zabitlər arasında mübahisə qalmaqala səbəb olub. Vətəninfo.az xəbər verir ki, Qarabağ erməniləri ilə İrəvandan bura gətirilmiş xüsusi təyinatlılar arasında mübahisə atışmaya səbəb olub. Hərbi hissənin əsgəri 2000-ci il təvəllüdlü Karen Sarkisyan silahdan istifadə edib. Nəticədə erməni ordusunun iki xüsusi təyinatlı zabiti ağır yaralanıb. Bu barədə sosial şəbəkədə Simon Arakelyan yazıb. Xatırladaq ki, hadisə iyunun 19-da 21:45 radələrində "N” saylı hərbi hissənin yeməkxanasında baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru