Ali Məhkəmə tanınmış şairin şikayətini təmin etməyib

2-07-2019, 16:18           
Ali Məhkəmə tanınmış şairin şikayətini təmin etməyib
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən şair Əli Ağaevli (Əli Hacı) barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əli Hacının şikayəti təmin edilməyib və barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirmədən saxlanılıb.

Qeyd edək ki, Əli Hacı və tanışı Fuad Kərimov Qabil Mehdiyevin 500 min manatını dələduzluq yolu ilə almaqda ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Hacı 7 il, Fuad Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmlə razılaşmayan şair Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. Onun şikayəti qismən təmin edilib və cəzası 1 ilə salınıb.

Onu da qeyd edək ki, Əli Hacı “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru