Kanada Ukraynaya 45 milyon dollar ayıracaq - ƏLAVƏ OLUNUB

3-07-2019, 06:35           
Kanada Ukraynaya 45 milyon dollar ayıracaq - ƏLAVƏ OLUNUB
Kanada hökuməti altı ildə Ukraynada demokratik islahatların həyata keçirilməsi üçün bu ölkəyə 25 milyon kanada dolları(19,1 milyon dollar) həcmində vəsait ayıracaq.

Report xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Tryudo Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O, ümidvar olduğunu bildirib ki, ayrılacaq vəsait vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək.

Onun sözlərinə görə, Ukraynada qərb ölkələrinin dəstəyi ilə aparılan islahatlar nəticəsində dövlət quruluşunun müxtəlif sahələrində müsbət dəyişikliklər mövcuddur.

Xüsusilə, baş nazir Zelenskinin tam demokratik şəraitdə keçirilən seçkilər nəticəsində prezident seçildiyini qeyd edib.

Kanadanın Xarici İşlər naziri Kristi Frilend isə bildirib ki, Kanada hökuməti Ukraynaya 45 milyon dollar həcmində yardım edəcək. Bu məbləğdən 25 milyon dollar demokratik islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.