Bakıda müştəri satıcını belə aldatdı - Video

3-07-2019, 07:19           
Bakıda müştəri satıcını belə aldatdı - Video
Müştərinin satıcını aldatması anı kameralara tuş gəlib.

"Xəzər Xəbər"in məlumatına görə, hadisə dünən paytaxtın Xətai rayonu, Kazımağa Kərimov küçəsində yerləşən mağazalardan birində baş verib.

Mağazaya müştəri qismində daxil olan bu şəxs əvvəlcə su və siqaret alıb. Ödəniş etmək üçün kassaya yaxınlaşaraq, satıcıya 20 manat göstərib. Daha sonra satıcının diqqətini yayındıran şəxs pulu cibinə qoyub.

Bundan sonra ondan pul aldığını düşünən satıcı əlavə olaraq həmin şəxsə pul qaytarıb.

Mağaza sahibi deyir ki, həmin şəxs mağazanın daimi müştərisi deyil.

Faktla bağlı polisə məlumat veriləcəyi bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru