Ana Vətən Partiyasında "Ana Vətənlə döyünən ürəklər" adlı kitabın təqdimatı keçirilib

30-11-2015, 15:31           
Ana Vətən Partiyasında "Ana Vətənlə döyünən ürəklər" adlı kitabın təqdimatı keçirilib
Ana Vətən Partiyasının 25 illik yubileyinə hədiyyə olaraq hazırlanmış “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində partiyanın İcra Aparatının rəhbəri Elçin Ağamalı, Ali Məclisin sədri Rəşadət Yaqublu, Təşkilat Şöbəsinin müdiri Azər Quluzadə və topluda yazıları çap olunan AVP üzvləri iştirak edib. Tədbirdə çıxış edən E.Ağamalı toplunun yaranma ideyası və onun hazırlanması barədə geniş məlumat verib. O qeyd etmişdir ki, kitabda AVP üzvü olan və Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan 29 qələm sahibinin ədəbi yazıları toplanmışdır və bu nəşr anavətənçilərin əyani birlik nümunəsidir.

Sonra nəşrin redaktoru, AVP İsmayıllı rayon təşkilatının sədri, şair Şahməmməd Dağlaroğlu, AVP Təşkilat Şöbəsinin müdiri və nəşrin tətribatçısı Azər Quluzadə çıxış edərək toplunun ərsəyə gəlməsi, yazıların toplanması və digər işlər barədə məlumat veriblər.

Sonda “Ana Vətənlə döyünən ürəklər” adlı şeirlər kitabı yazı müəlliflərinə təqdim olunub














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru