Bakının Yasamal rayonunda yerləşə kafelərdən birində partlayış baş verib.
FHN mətbuat xidmətindən Teleqraf.az-a verilən məlumata görə, vətəndaşa məxsus, ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə partlayış baş verib.
Partlayışa səbəb maye qaz balonunun sızması olub. Yanğın nəticəsində, kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.
Yanğının zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.