Silahlı maskalılar mənzilə basqın etdi

1-12-2015, 14:09           
Silahlı maskalılar mənzilə basqın etdi
Göyçay rayonunda da maskalı şəxslər evə basqın ediblər. APA-nın xəbərinə görə, hadisə bu gün saat 11 radələrində Göyçay şəhərinin Vaqif küçəsində qeydə alınıb.
Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar.
Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru