Eldar Mahmudovun “cənab” hobbisi - İLGİNC

1-12-2015, 15:31           
Eldar Mahmudovun “cənab” hobbisi - İLGİNC
Bu günlərdə “MTN işi” ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Məlumata görə, sabiq MTN rəhbəri Eldar Mahmudov nazir olaraq ona xitabən yazılan ərzilərdə “cənab” ifadəsinin yer alıb-almamasına xüsusi diqqət yetirib, bununla bağlı qeyri-qanuni tələb irəli sürüb:

“E.Mahmudov tabeçiliyindəki şəxslər qarşısında bir sıra qanunsuz tələblər qoymuşdu ki, bu tələblərdən biri də istənilən məsələ ilə bağlı MTN rəhbəri kimi ona ünvanlanan müraciətlərdə “cənab” ifadəsinin yer almasının vacibliyi ilə bağlı idi. Belə ki, nazirliyin hər hansı əməkdaşının E.Mahmudovun adına yazdığı müraciətdə sabiq MTN rəhbərinə sadəcə rütbəsi ilə xitab olunduğu halda həmin ərizə geri qaytarılır, ora “cənab” sözü əlavə ediləndən sonra qəbul edilirdi. Halbuki, MTN rəhbərinə ünvanlanan rəsmi müraciətdə “cənab” sözünün yer alması qəbul edilmiş protokol qaydalarına görə yolverilməzdir və müraciətdə məlum ifadənin yer alması bu qaydaların pozulması deməkdir”.

Mənbənin sözlərinə görə, E.Mahmudovun “cənab” ifadəsinə həssaslığı ifrat dərəcədə olub və sözün həqiqi mənasında hobbi səviyyəsinə yüksəlib. Belə ki, sabiq nazirin bu hobbisi MTN-də hər kəsə bəlli olduğundan idarə daxilində E.Mahmudov haqqında “nazir”, “general-polkovnik” ifadələri deyil, məhz “cənab” ifadəsi işlədilib.
Mənbə “MTN işi” çərçivəsində E.Mahmudovun sadəcə vəzifə və milyonlarından deyil, eləcə də hobbisindən məhrum olduğunu bildirib. Çətin ki, E.Mahmudovun əsir statusuna bənzər indiki azadlığında və qarşıdakı həbsxana həyatında kimsə ona bir də “cənab” deyə müraciət etsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.