Poroşenko Rusiya hərbçisini əfv elədi 1-12-2015, 21:00 Ukrayna prezidenti Petro Poroshenko Rusiya vətəndaşı Vladimir Starkovu əfv edib.O Donbasda rusiyapərəst separatçıların tərəfindən döyüşdüyünə görə 14 il azadlıqdan məhrum edilmişdi.Prezident onu ukraynalı hərbi qulluqçu Andriy Hrechanovla dəyişmək üçün azad edib.Poroshenko bunu Kiyevdə azad edilmiş Rusiya hərbçisi Andriy Hrechanovla görüşdə deyib.Onun sözlərinə görə, 81-ci desant briqadasının bölmə rəisi Andriy Hrechanov 18-ci cəhddə azad edilib.Hərbçi bu ilin avqustunda Donbasda əsir götürülmüşdü.Rusiya ordusunun mayoru Vladimir Starkov isə bu ilin iyulunda Ukraynadakı hərbi nəzarət-buraxılış məntəqələrindən birində saxlanıb.Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində Ukrayna ordusu ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8 minə yaxın adam ölüb.Sentyabrdan bölgədə atəşkəs rejiminə əməl olunur. Facebook-da paylaş