Bu özünü azərbaycanlı adlandıran nəfər türk xalqını təhqir etdi

1-12-2015, 22:21           
Bu özünü azərbaycanlı adlandıran nəfər türk xalqını təhqir etdi
“Ərdoğan və onun komandasının kişilikləri çatmadığı üçün…”.
Azərbaycanlı siyasətçi Türkiyə xalqının adından Rusiyadan üzr istəyib.
Oxu.Az xəbər verir ki, özünü siyasətçi, alim, həqiqi, demokratik, xalq müxalifətinin yaradılması uğrunda təşəbbüskar və mübariz kimi təqdim edən, 1998-ci ildə Azərbaycan Demokratik Sosialist Partiyasını yaratmış Oqtay Ataxan müvafiq bəyanatla Disput.az sosial şəbəkəsində çıxış edib.
O. Ataxan yazır:
“Türk xalqından heç kimin Ərdoğan və onun komandasının hərəkətlərinə görə Rusiyadan üzr istəməyə kişilikləri çatmadığı üçün və mən azərbaycanlı olaraq, Türkiyə vətəndaşları kimi türk olduğum üçün, mən həm türk, həm də bir azərbaycanlı kimi vurulmuş təyyarəyə və öldürülmüş hərbi təyyarəçiyə görə Rusiya və rus xalqından üzr istəyir, həm həlak olanın ailəsinə, həm də bütün rus xalqına başsağlığı verirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru