İşıqpulu borcu olan məmurun işığını kəsdilər - Azərbaycanda

2-12-2015, 14:03           
İşıqpulu borcu olan məmurun işığını kəsdilər - Azərbaycanda
Quba Şəhər Bələdiyyəsi sədrinin fərdi yaşayış evinə elektrik enerjisinin verilişi dayandırılıb. "Report"un əldə etdiyi məlumata görə, bələdiyyə sədri Zakir Müslümovun işığı 45 manat borca görə kəsilib.
Z.Müslümov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, elektrik enerjisi kəsilən zaman, Bakıda olduğunu deyib: "Mənim xəbərim olmayıb. Bakıdan qayıdandan sonra gördüm ki, evdə işıq yanmır. Quba Elektrik Şəbəkəsinin əməkdaşları xəbərdarlıq etmədən paylayıcı şəbəkədən sayğaca ötürülən naqilləri kəsiblər. Bu hal ikinci dəfədir ki, təkrar olunur".
Bələdiyyə sədri onu da əlavə edib ki, o, məsələ ilə bağlı Quba Elektrik Şəbəkəsinin rəisi Nəcəf Rzayevlə telefon əlaqəsi saxlayıb: "Mən Elektrik Şəbəkəsinin rəisi ilə danışdım və xəbərdarlıq etmədən niyə mənim evimin elektrik enerjisinin verilməsinin dayandırılmasını soruşdum. Nəcəf Rzayev mənə bildirdi ki, şəbəkənin əməkdaşları səhvən xəbərdarlıq etmədən elektrik enerjisini kəsiblər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru