Rostovdan Bakıya gələn avtobus qəzaya düşdü: 7 yaralı 5-11-2019, 11:05 Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusu qəzaya uğrayıb.Report xəbər verir ki, mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.Mikroavtobusun Rostovdan Bakıya gəldiyi qeyd olunur. Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, ölən yoxdur.Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar. Facebook-da paylaş