Görmə qüsurlu qıza müəllimləri təcavüz etdi - QANDONDURAN HADİSƏ...

7-11-2019, 19:25           
Görmə qüsurlu qıza müəllimləri təcavüz etdi - QANDONDURAN HADİSƏ...
Hindistanda 15 yaşındakı görmə qüsurlu bir məktəbli qız iki müəllimin təcavüzünə məruz qalıb.

Moderator.az xəbər verir ki, qorxunc hadisə iki ay əvvəl sadəcə qüsurlu şagirdlərə təhsil verən bir məktəbdə baş verib. 62 və 30 yaşlı iki müəllim iki ay boyunca müəyyən aralıqlarla görmə qüsurlu qıza musiqi otağında dəfələrlə təcavüz edib.

Baş verən ağlasığmaz hadisə son olaraq gənc qızın məktəbdən evə gəldiyi zaman xalasını qucaqlayaraq başına gələnləri danışması ilə ortaya çıxıb. Qızın xalası hadisə ilə bağlı polisə xəbər versə də hər iki müəllimin qaçdığı və hələ də tapılmadığı bildirilib.

Qeyd edək ki, Hindistanda hər il ortalama 40 min insanın təcavüzə məruz qaldığı ifadə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru