Nardaranda dünən də atışma olub - bir nəfər ayağından vurulub

2-12-2015, 21:48           
Nardaranda dünən də atışma olub - bir nəfər ayağından vurulub
Nardaranda dünən keçirilən əməliyyat zamamı bir nəfər ayağından vurulub.

Bu barədə məlumatı musavat.com-un reportyoruna Nardaran sakinləri veriblər.

Dünənə səhər saatlarında başlayan əməliyat zamanı kənd sakinlərindən biri polislərə müqavimət göstərib. Polisə daş atdığı deyilən Əbülfəz adlı kənd sakini ayağından vurulub. Soy adını dəqiqləşdirə bilmədiyimiz kənd sakinin harada olması haqda məlumat yoxdur.

"Hacıbalanın oğlunu ayağından vurublar. Əbülfəz polisə müqavimət göstərmək istəyib. Harada olduğunu bilmirik"- deyə kənd sakinləri bildirib.

Qeyd edək ki, dünən kənd sakinləri bizimlə söhbətlərində silah səsaləri eşitdiklərini demişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru