Mir Şahin MTRŞ-ni uddu – Məhkəmə

3-12-2015, 12:08           
Mir Şahin MTRŞ-ni uddu – Məhkəmə
Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətləri üzrə səkkiz məhkəmə işi başa çatıb.
Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.
Xatırladaq ki, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb. Həftənin sonunadək şirkətin daha 5 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 dəfə məhkəməyə verilməsi ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev tərəfindən olub. Digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.