Qətər şeyxinin oğlu Salyanda ovda

3-12-2015, 16:55           
Qətər şeyxinin oğlu Salyanda ovda
“Salyana ov etmək üçün gələn ərəb şeyxlərinin lisenziyaları var”.

Bu haqda Modern.az-a şeyxlərin Salyanda qaldıqları “Kür” otelindən məlumat verilib. Bildirilib ki, ova gələn Qətərin energetika və sənaye naziri deyil, Qətər şeyxinin oğludur.

“O bura 6 nökəri, 2 aşbazı və 1 tərcüməçisi ilə gəlib. 11 nəfərdilər. 2-3 gündür burdadırlar və sabah gedəcəklər. Bura özləri ilə ov quşlarını da gətiriblər. Onlar Salyana gəlməzdən qabaq Bakıda qalıblar və orada ikən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib, lisenziya alıblar.

Bura gələrkən də Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onları yoxlayıblar və lisenziyanın bir surəti də onlara verilib”.

Qeyd edək ki, Azərbaycana ərəb şeyxləri ov etmək üçün tez-tez gəlirlər. Onlar əsasən Sarısu gölü ətrafında quşların ovu ilə məşğuldurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.