İran: "İŞİD-dən Türkiyəyə neft daşınır"

5-12-2015, 09:46           

Suriyadakı nümayəndələrimiz İŞİD-dən Türkiyəyə neft daşıyan TIR-ların hərəkət etdiyi yolların fotolarını çəkib.

Axar.az xəbər verir ki, bunu İranın Qəbul edilən Qərarların Uyğunluğu Şurasının katibi Möhsin Rəzayi deyib.

“Əlimizdə Türkiyəyə neft daşıyan TIR-ların keçdiyi yolların fotoları var. Biz bu faktları istənilən vaxt ictimaiyyətə təqdim edə bilərik. Əgər Türkiyə hökumətinin bu barədə məlumatı yoxdursa, onlarla da bu faktı bölüşməyə hazırıq”, - deyə Rəzayi bildirib.

Rəzayi onu da əlavə edib ki, aparıcı dövlətlər bütün enerjilərini digər məqsədlər üçün yox, məhz İŞİD-i məhv etmək üçün istifadə etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru