Bakıda ikimərtəbəli ev çökdü

3-12-2019, 03:28           
Bakıda ikimərtəbəli ev çökdü
Bakının Sabunçu rayonunda ikimərtəbəli fərdi yaşayış evi çöküb.
Teref.az xəbər verir ki, hadisə Məmmədyarov küçəsi 30/17 ünvanında qeydə alınıb.

İlkin məlumata əsasən, bir nəfərin məskunlaşdığı ikimərtəbəli fərdi yaşayış evi tamamilə dağılıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. Nəticədə yaxınlıqda olan digər yaşayış evlərinə ziyan dəyib.

Hazırda ərazidə FHN-in xilasediciləri çalışır. /APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.