Ayətulla qadınların işləməsini pislədi - Qəribə məntiqlə

7-12-2015, 12:58           
Ayətulla qadınların işləməsini pislədi - Qəribə məntiqlə
İranın nüfuzlu dini liderlərindən biri işləyən qadınların sayının artmasını tənqid edib, buna görə Prezident Hassan Rohani-nin siyasətini suçlayıb.

“Niyə adamlar həmişə qadınların işləməsinə təkid edirlər, kişilərin çoxu da işsizdir axı”, Ayətulla Seyyed Yousef Tabatabai-Nejad deyib. O, İsfahanda aparıcı din xadimidir.

O, dekabrın 5-də İran mediasına bildirib ki, kişilər qadınları saxlamalıdır, əksinə olmamalıdır.

Ayətulla Rohani-ni qadınları dəstəkləyən, onları siyasətdə iştiraka həvəsləndirən siyasətinə görə tənqid edib.

Tabatabai-Nejad deyir ki, işləyən qadınlar müstəqillik əldə edib və bu da boşanmaların sayını artırıb. Ayətulla çıxış yolu kimi qadınların nazirliklərdə, şirkətlərdə, eləcə də satıcı kimi çalışmasına qadağa qoymağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru