Bakıda polis əməkdaşının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
4-12-2019, 09:35
Aeroport yolunda polis əməkdaşının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Aeroport-Koroğlu metrostansiyası istiqamətində yolda xidmət aparan polis əməkdaşı “Toyota Prado” markalı avtomobil tərəfindən vurulub.