Maskalılar 24 yaşlı gənci yatmış yerdə bıçaqladılar

8-12-2015, 00:25           

Gecə saatlarında Qusar şəhərində evlərdən birinə basqın olub.

teref.aznun “Qafqazinfo”ya istinadən məlumatına görə, evə daxil olan iki maskalı şəxs yuxulu olan 24 yaşlı Ramin Cəbrayılova çoxsaylı bıçaq zərbələri endirib.

17 bıçaq yarası alan gənc Qusar xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Qusar polis şöbəsində araşdırmalar aparılır. Hadisə ilə bağlı polis hələ ki, əlavə məlumatlar vermir.
Maskalılar 24 yaşlı gənci yatmış yerdə bıçaqladılar













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru