Meyiti tapılan neftçilərin hamısının suda boğulduğu məlum olub

8-12-2015, 12:07           
Meyiti tapılan neftçilərin hamısının suda boğulduğu məlum olub
Dünən Xəzər dənizində meyitləri tapılan 6 neftçinin hamısının suda boğulma nəticəsində vəfat etdiyi müəyyən edilib. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tağıyev Fuad Tahir oğlu və 1968-cı il təvəllüdlü Mahmudov Ağa İzzət oğlunun cəsədləri Xətai, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun cəsədi isə Sabunçu morqunda müayinə edilib və onların hamısının suda boğulma nəticəsində öldüyü müəyyənləşib. 6 neftçinin cənazəsi artıq ailələrinə təhvil verilib və bu gün ərzində dəfn ediləcək.

Qeyd edək ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş məlum hadisədən sonra itkin düşmüş daha 23 nəfərin axtarışları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru