İranda Asiya çempionu güllələnərək öldürülüb

8-12-2015, 12:11           
İranda Asiya çempionu güllələnərək öldürülüb
İranın Kirmanşah şəhərinin Səhnə şəhərində sərbəst güləş üzrə milli komandanın üzvü və Asiya çempionu olmuş Firidun Qənbəri güllələnərək öldürülüb. Trend-in məlumatına görə, bu barədə İranın YJC xəbər saytı məlumat verib.

Məlumata əsasən, naməlum şəxslər idmançının avtomobilinə atəş açıblar. F.Qənbəri 7 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda həlak olub.

Hadisənin təfərrüatları açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru