Bakıda şirniyyat sexi qarət edildi –150 min manatlıq avadanlıq oğurlandı

14-12-2019, 00:09           
Bakıda şirniyyat sexi qarət edildi –150 min manatlıq avadanlıq oğurlandı
Bakıda şirniyyat sexi qarət edilib.

Trend-in məlumatına görə, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib.

Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba, 2 ədəd soyuducu və 2 ədəd xəmir qarışdıran aparat oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru