Bakıda xəstəxana işçisi itkin düşdü - FOTO

21-12-2019, 22:17           
Bakıda xəstəxana işçisi itkin düşdü - FOTO
Bakıda 82 yaşlı kişi itkin düşüb.
Hadisə dekabrın 21-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Qarayev adına Uşaq Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00 – 06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.
Onun geri qayıtmadığını görən yaxınları həmin şəxsin işə gedib çatmadığını öyrəniblər.
Yaxınlarının sözlərinə görə, yaddaşsızlıq problemləri olan itkin şəxs evdən çıxarkən əynində qara palto, qara şalvar və qara papaq ("kepka") olub.
A.Namazovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru