ABŞ-da polis iti cinayətkarı yaxalamaq üçün avtomobilin şüşəsini deşibO

22-12-2019, 10:14           
ABŞ-da polis iti cinayətkarı yaxalamaq üçün avtomobilin şüşəsini deşibO
ABŞ-da "Dyuk" ləqəbli polis iti cinayətkarı saxlamaq üçün avtomobilin pəncərəsini deşərək nəqliyyat vasitəsinin içinə tullanıb.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı bildirib.

Telekanalın məlumatına görə, polis əməkdaşları silahlı hücumda şübhəli bilinənin şəxsin avtomobilini təqib ediblər. Şübhəli şəxs avtomobildən çıxmaqdan imtina edib. Bu zaman polislərdən biri avtomobilin pəncərəsini sındırıb və it içəri tullanıb.

Nəticədə şübhəli şəxs - 31 yaşlı Xulio Uqalde Vaskes həbs edilib. O, yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Telekanal həmçinin qeyd edib ki, it daha əvvəl ABŞ-ın İraqdakı dəniz piyada qoşununa xidmət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru