SOCAR: "Neft satışı ilə bağlı heç bir problemi yoxdur"

23-12-2015, 21:58           
SOCAR: "Neft satışı ilə bağlı heç bir problemi yoxdur"
Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur.

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

"Azeri Light" markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir.

Ötən illər ərzində SOCAR "Azeri Light" neftinin satış bazarını kifayət qədər yaxşı inkişaf etdirə bilib.

Müxtəlif regionlardan olan istehlakçılar daimi əsaslarla Azərbaycan neftini almağa üstünlük verirlər", - deyə SOCAR-dan bildirilib.

Qeyd edək ki, bəzi KİV-lərdə dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya "Azeri Light" neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru