Hacı Surxay Heydər məscidində ilk dəfə namaza rəhbərlik edib

26-12-2015, 01:38           
Hacı Surxay Heydər məscidində ilk dəfə namaza rəhbərlik edib=
Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Qafqazın ən böyük məscidi olan əzəmətli “Heydər” məscidi istifadəyə verildikdən sonra dekabrın 14-dən etibarən ibadətə açılıb. Həmin gün məsciddə ilk cümə namazı qılınmış, bu zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Heydər məscidində ilk dəfə xütbə oxuyub və xütbə zamanı bildirib ki, bundan sonra tanınmış dindarlar Heydər məscidində xütbə oxuyacaqlar.
Bununla əlaqədar «Heydər» məscidində bu gün keçirilən cümə namazı İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədlinin imamlığı ilə qılınmışdır.
Əvvəlcə Hacı Surxay vəhdət barədə xütbə ilə çıxış etmiş, sonra isə məshəbindən asılı olmayaraq burada iştirak edən müsəlmanların hamısı bir araya gələrək vəhdət namazı qılmışlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru