Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub

2-05-2020, 00:36           
Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub
Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və Dmitri Volkov koronavirusa yoluxub.

Bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib. (apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.