Smartfon bazarı çökdü

2-05-2020, 10:23           
Smartfon bazarı çökdü
Smartfon bazarında tarixin ən böyük tənəzzülü müşahidə edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Canalys” şirkəti yayıb.

Məlumata görə, tənəzzülə səbəb koronavirus pandemiyası olub. Çindən smartfon tədarükünün ilin ilk rübündə 18-27% azaldığı bildirilib. Bununla bərabər smartfon bazarında ən çox “Samsunq” və “Huavey”in zərər çəkdiyi açıqlanıb.

Yaranan böhrandan ən az geriləmə ilə “Əpl” çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.