Gəncədə 25 yaşlı qadın intihara cəhd edib

3-05-2020, 10:32           
Gəncədə 25 yaşlı qadın intihara cəhd edib
Gəncədə gənc qadın dərmandan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1 Mk yaşayış ərazisində olan mənzillərin birində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü C.R. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib.

Müayinə zamanı məlum olub ki, qadın intihar məqsədi ilə dərman içib və hər iki qolunda damarlarını kəsib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru