Rus silahlı qüvvələri bu il nə qədər silah alıb

29-12-2015, 11:48           
Rus silahlı qüvvələri bu il nə qədər silah alıb
Ordusunu 2020-ci ilə qədər 70 faiz müasirləşdirməyi qarşısına məqsəd qoyan Rusiya bu il istəyinə qismən nail olub.

Axar.az-ın məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələri bu il 113 təyyarə, 39 helikopter, 117 radar stansiyası, 5 hərbi peyk, 1 ədəd S-400 və S-300, 600 ədəd hava hücumundan müdafiə raketini cəbbəxanasına daxil edib.

2015-ci ildə Quru Qoşunlarının da inventarı zənginləşib. 2 min hərbi avtomobil, 437 zirehli transpartyor, 70 min daşına bilən silah və təchizat, 4 elektron döyüş sistemi, 32 taktiki raket, 1 ədəd "İsgəndər" raketi quru qoşunlarına verilib.

Rusiya donanması isə bu il 11 gəmi, 8 qayıq, 40 hücum gəmisi, 2 sualtı qayıq, 17 radar, 7 təyyarə, 1 sahil təhlükəsizlik sistemi əldə edib.

Rusiya Strateji Raket Birliklərinə isə 2015-ci ildə 7 “Yars” raketi, 8 qitələrarası ballistik raket, 25 ədəd xüsusi elektron motorlu vasitə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru