APA-nın məlumatına görə, hadisə ötən gün Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36 həftəsində xəstəxanaya daxil olub və təcili qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatda onun bətnindən ölü döl götürülüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.