Bu əfv sərəncamı Azərbaycanda demokratiyanın bir təzahürüdür

29-12-2015, 12:34           
Bu əfv sərəncamı Azərbaycanda demokratiyanın bir təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyev daim humanist addımlar atır və Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv sərəncamı imzalamaqla daha bir humanist addım atdı. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bu sərəncam Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğunun bir təzahürüdür: “Hesab edirəm ki, bu, Azərbaycanda cinayətkarlığın qarşısının alınması, priventiv tədbirlərin görülməsi üçün də yaxşı bir nümunədir. Çünki əfv olunan şəxslər cəzaçəkmə müəssisələrində islah olunmuş, öz təqsirlərindən peşimançılıq hissi keçirən insanlardır. Eyni zamanda, əfv olunanların ailə vəziyyəti, sağlamlıq durumları ilə bağlı olan hər bir məsələ nəzərə alınır. Bu bir daha onu göstərir ki, dövlət başçısı daim insanlara diqqət və qayğı göstərir”.

Deputat bildirib ki, bu əfv sərəncamının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində verilməsinin xüsusi bir əhəmiyyəti var: “Bunun rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar arasında həmrəylik daha da güclənir. Ölkəmizdə gedən bu yüksəliş eyni zamanda, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün həmrəyliyi daha da möhkəmləndirir. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Yeni ilə yalnız belə xoş işlərlə getməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.