Azərbaycanın da malik olduğu “cəhənnəm silahı” Suriyada belə işləyir - Ermənilərin nəzərinə
29-12-2015, 13:55
Rusiya ordusunun Suriyada yerləşdirdiyi TOS-1A “Solntsepyok” aır odsaçan sistemlərinin İŞİD və digər islamçı terror qruplaşmalarının yaraqlılarına qarşı necə tətbiq olunduğuna dair yeni videogörüntülər yayılıb. Virtualaz.org Rusiya hərbi nəşrlərinə istinadən xəbər verir ki, videogörüntülərdə ağır odsaçan sistemlərin Latakiyə bölgəsində, dağlıq ərazidə terrorçuların mövqelərinə güclü zərbələr endirdiyi əksini tapır. Şahidlərin bildirdiyinə görə, terrorçular ağır odsaçan sistemlərin tətbiqindən əsl panikaya düşüblər.
Kadrlardan belə nəticə çıxarmaq olar ki, zərbələrin endirilməsindən sonra terrorçuların cəmləşdiyi ərazidə sağ qalan olmayıb. Çünki TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərinin tətbiqi nəticəsində havanın temperaturu bir neçə min dərəcəyə çatır, güclü vakuum yaranır və hər raketin düşdüyü ərazidə 1 kilometr radiusda heç bir canlının sağ qalmaq şansı olmur.
TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri dünyada cəmi bir neçə ölkənin silahlanmasında var. Onlardan biri də Azərbaycandır. Azərbaycan Rusiyadan iki diviziyon “cəhənnəm silahı” alıb və silahlanmasına qəbul edib. Hərbi ekspertlərə görə bu silahlar Qarabağda Ermənistan işğalçı qüvvələrinin mövqelərini yarmaq üçün olduqca effektiv ola bilər.
[media=https://www.youtube.com/watch?v=3SrKZd5tpNo]