Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının növbəti konfransı keçirilmişdir

29-12-2015, 15:26           
Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının növbəti konfransı keçirilmişdir
teref.az - 29 dekabr 2015-ci il tarixində Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfransda təşkilat komitəsinin hesabatı dinlənilmiş, təşkilati məsələlərə baxılmışdır.
İlk olaraq AVP Təşkilat Şöbəsinin müdiri Azər Qulizadə çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur.
Sonra təşkilati məsələlərə baxılmışdır. Mənsimov Vahabəli Məmmədəli oğlu Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının sədri seçilmişdir. Eyni zamanda rayon Məclisinin və Şurasının üzvləri, Qadınlar Şurasının və Gənclər Təşkilatının Sədri, Sədr müavinləri, Nəzarət Təftiş Komissiyası seşilmişdir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru