Azərbaycanda bütün “exhange”lər bağlanır: - dollar yalnız banklarda satılacaq

29-12-2015, 15:38           
Azərbaycanda bütün “exhange”lər bağlanır: - dollar yalnız banklarda satılacaq
Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq.

Bu barədə virtualaz.org saytına hökumətə yaxın mənbələrdən məlumat verilib.

İnformasiyaya görə, bununla bağlı müvafiq qərar ən yaxın zamanlarda qəbul edilə bilər.

Məlumatı verən mənbə valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar. Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının “fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır.

Məlumata görə, əhali bundan sonra pulunu “exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan “qara bazar”ın təsirini də heçə endirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru