ÜST koronavirusun mənbəyini açıqladı

8-05-2020, 18:40           
ÜST koronavirusun mənbəyini açıqladı
Koronavirus yarasalardan təbii yolla keçib və Çindəki heyvan bazarının virusun yayılmasında böyük rolu olub.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Qeyd edək ki, mayın 6-da Çin Qızıl Xaç Komitəsinin sədri Çen Ju pandemiya bitənədək ölkəsinin koronavirusun mənbəyini araşdıran heç bir beynəlxalq mütəxəssisi qəbul etməyəcəyini vurğulayıb.

Xatırladaq ki, son günlər ABŞ prezidenti Donald Tramp, həmçinin dövlət katibi Mayk Pompeo koronavirusun Çin laboratoriyalarında hazırlanmasını iddia etsə də, ÜST bununla bağlı sübutun olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru