Xırdalanda özünü 4-cü mərtəbədən atan qadın sağ qaldı
10-05-2020, 01:43
Abşeronda intihara cəhd olub.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, təxminən 45-50 yaşlı qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Xoşbəxtlikdən o, ağaclara dəyərək sağ qalıb. Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.