Azərbaycan ordusunun silahlanmasına daxil edilən “Barak-8” uğurla sınaqdan keçdi

30-12-2015, 13:17           
Azərbaycan ordusunun silahlanmasına daxil edilən “Barak-8” uğurla sınaqdan keçdi
Ərəb dənizi sahillərində Hindistan silahlı qüvvələri tərəfindən idarə lunan “yer-hava” tipli zenit raketlərinin sınaqları keçirilib. Sınaqlar zamanı Hindistan hərbi dəniz qüvvələrinin gəmisi Ərəb dənizi sahillərindən raketi buraxıb və “Barak-8” şərti hədəfi yüksək dəqiqliklə məhv edib.

Virtualaz.org xəbər verir ki, bu raketlər Azərbaycan ordusunun da silahlanmasına daxil edilən “Barak-8” hava hücumundan müdafiə komplekslərinin tərkib hissəsidir. Raketlər Hindstan və İsrailin birgə istehsalıdır.

Bu zenit-raket kompleksləri istənilən tip hava hədəflərini, o cümlədən təyyarələri və vertolyotları, ballistik raketləri, habelə gəmilər əleyhinə raketləri, qanadlı raketləri zərərsizləşdirə bilir. Hazırda bu raketlərin dəniz və yerüstü versiyaları mövcuddur. Onlar İsrail ordusu ilə yanaşı Polşa və Azərbaycan hava hücumundan müdafiə qüvvələrinin silahlanmasında var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru