18 yaşlı qız özünü güllələdi

30-12-2015, 23:10           
18 yaşlı qız özünü güllələdi
Saatlı rayonunda bədbəxt hadisə baş verib. 18 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Saatlı rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngi ilə ehtiyatsız davranaraq özünə atəş açıb. Yaralı aldığı ağır bədən xəsarətləri ilə dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan qarın nahiyəsindən güllə yarası alan qızın üzərində cərrahiyyə əməliyyatı aparıldığını, hazırda vəziyyətinin ağır olduğunu bildirdilər.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Artıq polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Özünü güllələyən qız nişanlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru