Tərtərdə herbi hissede "Açıq Qapı" günü
31-12-2015, 16:12
teref.az - Bayram ərəfəsində Hərbi hissələrdə “Açıq qapı” günü keçirilmişdir
Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olmuşlar.
“Açıq qapı” günündə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından hərbi hissənin şəxsi heyətini və əskər valdeyinlərini 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusudur.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə əskərlərə rayon icra hakimiyyəti tərəfində bayram sovqatı paylanmışdır.
teref.az