Koronavirusla Mübarizəyə Dəstək Fondu:12 minə yaxın fiziki şəxs ianə köçürüb

17-05-2020, 00:00           
Koronavirusla Mübarizəyə Dəstək Fondu:12 minə yaxın fiziki şəxs ianə köçürüb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

Trend-in məlumatına görə, bu günə kimi Fonda 113 727 551 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 3336 hüquqi, 11 678 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.