Çində sutkada beş koronavirusa yoluxma faktı qeydə alınıb

17-05-2020, 09:20           
Çində sutkada beş koronavirusa yoluxma faktı qeydə alınıb
Ötən sutka ərzində Çində koronavirus ilə beş yoluxma hadisəsi aşkar edilib, ölüm faktı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin yaydığı bəyanatda bildirilib.

Beş yeni yoluxma faktından ikisi (hər biri Tyatzin və Quandun vilayətlərində) xaricdən gələnlərdə qeydə alınıb.

Çində xaricdən gələn yoluxma hallarının ümumi sayı 1700-ə çatıb, 1 656 nəfər sağalıb, 44 nəfər müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.

Məlumata əsasən, Çində təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 82 947-ə çatıb, 4 634 nəfər ölüb, 78 227 nəfər müalicə olunaraq tibb müəssisələrindən evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru