Səhiyyə Nazirliyi: Qadağa dərmanların adlarına yox, seriyalarına qoyulub

5-01-2016, 13:29           
Səhiyyə Nazirliyi: Qadağa dərmanların adlarına yox, seriyalarına qoyulub

“Son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb. Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa qoyulan dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarında qoyulub”. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

O qeyd edib ki, siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər: “Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir”.

Qeyd edək ki, dünəndən etibarən bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru