İŞİD qadın-jurnalisti edam etdi

5-01-2016, 19:55           
İŞİD qadın-jurnalisti edam etdi
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı jurnalist Ruqia Hassanı edam edib.

Bu barədə AzVision.az`Reuters`ə- istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, Ruqia Hassan bu ilin oktyabr ayından bəri terrorçular tərəfindən edam olunan 5-ci jurnalistdir.

Hassan “Raqa Is Being Slaughtered Silently” (Rakkanı sakitcə öldürürlər) hüquq təşkilatı ilə əməkdaşlıq edib. O, bəzən Nissan ibrahim ləqəbi ilə də yazılar yazıb. Jurnalist sosial şəbəkələrdəki profilləri vasitəsilə İŞİD tərəfindən işğal olunan Rakkada gündəlik həyatı əks etdirən yazılar paylaşıb.

Hassanın ötən il iyul-dekabr aylarında itkin düşdüyü bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru