Şimali Koreya hidrogen bombasını sınaqdan keçirtdi

6-01-2016, 10:45           
Şimali Koreya hidrogen bombasını sınaqdan keçirtdi
Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə xüsusi bəyanat Şimali Koreya Mərkəzi Televiziyasının efirində səsləndirilib.

Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

Qeyd edək ki, KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.

Cənubi Koreya KİV-lərinin məlumatına görə, nüvə qurğusu təxminən 100 metr dərinlikdə partladılıb. Partlayış 5,1 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub.

Qeyd edək ki, hadisə ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru